Prezidentlər Xəzərə dair Konvensiyanı imzalayıblar - Fotolar
Tarix: 13-08-2018 00:00 | Bölmə: Gündəm
Prezidentlər Xəzərə dair Konvensiyanı imzalayıblar

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

TASS agentliyi xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 20 ildən artıq aparılan danışıqlar prosesində hazırlanıb. Konvensiya 5 dövlətin Xəzər dənizindəki müstəsna hüququ və məsuliyyətini müəyyənləşdirir, kollektiv istifadə üçün aydın qaydalar müəyyən edir.

Prezidentlər Xəzərə dair Konvensiyanı imzalayıblar
Prezidentlər Xəzərə dair Konvensiyanı imzalayıblar
Prezidentlər Xəzərə dair Konvensiyanı imzalayıblar

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər