Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürüb
Tarix: 13-08-2018 17:16 | Bölmə: Gündəm
Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürüb

Bir neçə gün öncə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

A. Əbilov bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb.

"Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”, - deyə o vurğulayıb.

Əsgər atası onu da əlavə edib ki, ədalətli, düzgün istintaqın aparılacağına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır: "Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.(Report.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər