Bakıda Misir prezidentinin rəsmi qarşılanma mərasimi olub
Tarix: 28-01-2023 10:39 | Bölmə: Gündəm
Bakıda Misir prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də rəsmi qarşılanma mərasimi olub.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Misir prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Misir prezidentinə raport verib.

Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və prezident Əbdülfəttah Əs-Sisi fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Misir Ərəb Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Misir prezidentinə, Misir nümayəndə heyəti isə Azərbaycan prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Misir prezidenti Əbdülfəttah Əs-Sisinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}