Azərbaycan prezidenti şəhidin ailəsinə başsağlığı verib - Fotolar
Tarix: 28-01-2023 22:51 | Bölmə: Gündəm
Azərbaycan prezidenti şəhidin ailəsinə başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.

Reyting.az
xəbər verir ki, Hikmət Hacıyev və Ceyhun Bayramov Azərbaycan prezidenti İlham Əliyevin başsağlını mərhumun ailəsinə çatdırıblar.

Qeyd edək ki, Hikmət Hacıyev və Ceyhun Bayramov sabah ezamiyyətdə olacaqları üçün Orxan Əsgərovun ailəsinə bu gün baş çəkiblər. Prezident İlham Əliyevin başsağlığı mesajını şəhidin ailəsinə çatdıran C. Bayramov və H. Həsənov bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}