16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezident Agentlik sədrinə müavin təyin edib - Foto
Tarix: 01-02-2023 15:56 | Bölmə: Gündəm
Prezident Agentlik sədrinə müavin təyin edib

Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Reyting.az
xəbər verir ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

B. Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Qeyd edək ki, B. Məmmədov müvafiq təyinatadək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}