ABŞ-ın məsul şəxsi Azərbaycana gəlib
Tarix: 01-02-2023 23:27 | Bölmə: Gündəm
ABŞ-ın məsul şəxsi Azərbaycana gəlib
Laura Lokman

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Loxman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildiriblər.

Xanım Loxman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər