Prezident daha bir sərəncam imzalayıb
Tarix: 15-08-2018 18:54 | Bölmə: Gündəm
Prezident daha bir sərəncam imzalayıb

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər