Laçın-Xankəndi yolundan avtomobillərin sərbəst keçidi davam edir - Fotolar
Tarix: 04-02-2023 09:35 | Bölmə: Gündəm
Laçın-Xankəndi yolundan avtomobillərin sərbəst keçidi davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Reyting.az
APA-ya istinadla bildirir ki, bir qədər əvvəl Xankəndi şəhərindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus yeddi minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçib. Bunlarla yanaşı, Rusiya sülhməramlılarına məxsus bir minik, iki yük avtomobili Xankəndidən Laçına doğru maneəsiz keçid edib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}