18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Prezident Türkiyəyə növbəti çevik xilasetmə qüvvələri göndərib
Tarix: 08-02-2023 10:20 | Bölmə: Gündəm
Prezident Türkiyəyə növbəti çevik xilasetmə qüvvələri göndərib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Reyting.az
xəbər verir ki qüvvələrin tərkibinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adanaya yola düşüb.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}