Mülki ermənilər Laçın-Xankəndi yolunda sərbəst hərəkət edir - Fotolar
Tarix: 11-02-2023 10:57 | Bölmə: Gündəm
Mülki ermənilər Laçın-Xankəndi yolunda sərbəst hərəkət edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Xankəndi şəhərindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus beş minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçib.

Avtomobillərdə mülki erməni ailələri olub.

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin də maneəsiz keçidinə şərait yaradılır.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}