Azərbaycandan Türkiyəyə növbəti yardım yola salınıb - Fotolar
Tarix: 11-02-2023 19:28 | Bölmə: Gündəm
Azərbaycandan Türkiyəyə növbəti yardım yola salınıb

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə yola salınıb.

Reyting.az
FHN-ə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilən hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Məlumata görə, mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.

Mobil səhra hospitalını aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.











Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}