Ekofəalların Şuşa şəhərindəki aksiyası davam edir - Fotolar
Tarix: 12-02-2023 10:04 | Bölmə: Gündəm
Ekofəalların Şuşa şəhərindəki aksiyası davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda dekabrın 12-də başlatdığı aksiyanı iki aydır davam etdirir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 63-cü günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -8 dərəcədir.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}