18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Azərbaycanın növbəti humanitar yardım karvanı Türkiyəyə çatıb - Video
Tarix: 14-02-2023 17:59 | Bölmə: Gündəm
Azərbaycanın növbəti humanitar yardım karvanı Türkiyəyə çatıb

Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb.

Reyting.az
xəbər verir ki, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış növbəti humanitar yardımı aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.

Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}