18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb
Tarix: 14-02-2023 21:15 | Bölmə: Gündəm
Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə, yaralananların sayı isə 105 505 nəfərə çatıb.

Reyting.az
xəbər verir ki, bu məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O bildirib  ki, dağıntılar altından son insan çıxarılana qədər əməliyyat dayanmayacaq: "Hazırda ərazidə 300 mindən çox xilsedici və onlara dəsətk qrupları çalışır".

Ərdoğanın sözlərinə görə, bölgədə yeni binalar tikilərək zərərçəkənlərə veriləcək: "İtiriləcək bir dəqiqə vaxtımız yoxdur. Proses başlayıb. Artıq 30 min binanın inşasına mart ayından başlayırıq, ardıycan digər ərazilərdə aparacağımız analizlərdən sonra digər ərazilərdə işə start verəcəyik. Biz bu işləri bir il ərzində bitirəcəyik".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}