18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İlham Əliyev Blinken və Paşinyanla birgə görüşüb - Foto (Yenilənib)
Tarix: 18-02-2023 17:53 | Bölmə: Gündəm
İlham Əliyev Blinken və Paşinyanla birgə görüşüb

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başa çatıb.

***
"Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu".

Reyting.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı ABŞ-nın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüş haqqında sualı cavablandırarkən deyib:

“Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir.

Qarabağ haqqında hər hansı iddianın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}