20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır - Fotolar
Tarix: 25-02-2023 11:08 | Bölmə: Gündəm
Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır

Azərbaycanlı ekofəlların etiraz aksiyasının keçirildiyi ərazidən - Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin sərbəst hərəkəti davam edir.

Reyting.az
"Report"a istinadla bildirir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunur.

Bildirilir ki, daha bir hərbi tibbi yardım avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 5-ə çatıb.

Bu, bir daha onu sübut edir ki, aksiyanın keçirilməsinə baxmayaraq yol humanitar məqsədlər üçün açıqdır.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər