Prezident Müşahidə Şurasının tərkibini təsdiqləyib - Sərəncam
Tarix: 29-08-2018 18:06 | Bölmə: Gündəm
Prezident Müşahidə Şurasının tərkibini təsdiqləyib

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №3, maddə 509) 1-ci hissəsi aşağıdakı redaksiyada verilib:

"Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu - "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu - "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər