20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Naxçıvanda nazir və müavini vəzifədən azad edilib
Tarix: 28-02-2023 21:31 | Bölmə: Gündəm
Naxçıvanda nazir və müavini vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini sərəncam imzalayıb.

Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin digər sərəncamı ilə Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər