20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İlham Əliyev: "Fransanı soyqırımı aktlarına görə məsuliyyətini etiraf etməyə çağırırıq”
Tarix: 02-03-2023 11:14 | Bölmə: Gündəm
İlham Əliyev: "Fransanı soyqırımı aktlarına görə məsuliyyətini etiraf etməyə çağırırıq”

“Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir".

Reyting.az
 xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında deyib.

Prezident bildirib ki, Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər