20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib - Yenilənib
Tarix: 06-03-2023 13:24 | Bölmə: Gündəm
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Reyting.az
xəbər verir ki, dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.

Qonaq ABŞ dövlət katibinin salamlarını prezident İlham Əliyevə çatdıraraq vurğulayıb ki, A. Blinken də Münhen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını A. Blinkenə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər