20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İran Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığını test edir
Tarix: 13-03-2023 10:53 | Bölmə: Gündəm
İran Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığını test edir

“İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir. Tehran ilk növbədə Azərbaycanın və Türkiyənin təxribata reaksiya gücünü sınaqdan keçirmək istəyir. Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır”.

Reyting.az
xəbər verir ki, bu, Atlas Araşdırmaları Mərkəzinin hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, hazırda İsrail-İran gərginliyi daha da artıb.

“İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Amma rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edir”,- qeyd olunur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər