Türkdilli dövlət başçıları görüşəcək - Sammit
Tarix: 02-09-2018 20:46 | Bölmə: Gündəm
Türkdilli dövlət başçıları görüşəcək

Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın və Türkiyənin liderləri sabah Çolpon-Atada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) dövlət başçılarının VI sammitində görüşəcəklər.

“İnterfaks” xəbər verir ki, bu barədə bu gün Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Qırğızıstanın şimalında keçiriləcək TDƏŞ sammitində hörmətli qonaqlar kimi Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədovun, Özbəkistanın lideri Şövkət Mirziyoyevin, həmçinin Macarıstanın baş naziri Viktor Orbanın iştirakı gözlənilir.

"Sammitdə Türk Şurası çərçivəsində üzv dövlətlərin liderləri qarşılıqlı əlaqələr, regional mədəni-humanitar məsələlər üzrə fikir mübadiləsi edəcək və türkdilli dövlətlərin ticarət-iqtisadi əməkdaşlıqları, həmçinin təşkilatın və başqa türk institutlarının özünün inkişafının perspektivləri mövzusunda müzakirələr aparacaqlar", - deyə mətbuat xidmətindən bildiriblər.

TDƏŞ liderlərinin üçillik fasilədən sonra Çolpon-Atada keçirilən görüşünün nəticəsinə görə təşkilatda sədrlik Qırğızıstanda keçəcək.

Mətbuat xidmətindən onu da bildiriblər ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Macarıstanın baş naziri V. Orban artıq Qırğızıstana gəliblər. Həmçinin sentyabrın 1-dən Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan rəsmi səfərlə respublikadadır. Ötən şənbə günü Qırğızıstanın başçısı Sooronbay Jeenbekovla görüşdən sonra Türkiyə prezidenti qarşıdakı sammitin əhəmiyyəti haqda danışıb və bildirib ki, onun gedişatında "ölkələr Türk dünyası üçün əhəmiyyətli məsələləri müzakirə edəcəklər".

"Biz əməkdaşlıq edə bilmək üçün daha çox imkanlar axtarırıq, söhbət yalnız mədəni-humanitar aspektlərdən getmir, bu həm də iqtisadi əməkdaşlıq olmalıdır", - deyə R.T.Ərdoğan vurğulayıb.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər