16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə müzakirə aparıb
Tarix: 14-03-2023 16:37 | Bölmə: Gündəm
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə müzakirə aparıb

Baş nazir Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Reyting.az
xəbər verir ki, görüşdə Bakıda keçiriləcək Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşün əhəmiyyəti vurğulanıb.

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirilib.

Görüş zamanı Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}