16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İlham Əliyev ƏƏSMN-lə bağlı fərman imzalayıb
Tarix: 15-03-2023 14:52 | Bölmə: Gündəm
İlham Əliyev ƏƏSMN-lə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əsasnaməsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-nin vahid sistemindən çıxarılıb.

Eyni zamanda fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik Aparatının, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətinə nəzarəti təşkil edəcək və onların işinin əlaqələndirilməsini təmin edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}