BMT-nin nümayəndə heyəti Füzuli rayonuna gəlib - Fotolar
Tarix: 16-03-2023 09:36 | Bölmə: Gündəm
BMT-nin nümayəndə heyəti Füzuli rayonuna gəlib

BMT nümayəndələrindən ibarət heyət Füzuli rayonuna gəlib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulur.

Həmçinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.

BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}