Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
Tarix: 25-03-2023 11:16 | Bölmə: Gündəm
Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulunu təbrik edib.

Reyting.az
-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}