18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ Azərbaycan və Ermənistan arasında sülh istəyir
Tarix: 28-03-2023 08:34 | Bölmə: Gündəm
ABŞ Azərbaycan və Ermənistan arasında sülh istəyir

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.

O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

"Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken - red.) əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”, - Patel əlavə edib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}