Putinlə Ərdoğan Azərbaycana gəlir
Tarix: 07-09-2018 10:05 | Bölmə: Gündəm
Putinlə Ərdoğan Azərbaycana gəlir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırır.

Bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, sentyabrın sonunda Vladimir Putin Azərbaycana səfər edəcək.

"Bundan başqa, 27-28 sentyabrda dövlət başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabr ayı üçün Vladimir Putinin Özbəkistana səfəri planlaşdırılıb".

Uşakov bildirib ki, Rusiya ilin sonuna qədər Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: "Görüşü keçirmək bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik".

Reyting.az xəbər verir ki, Azərbaycana səfəri planlaşdırılan dövlət başçılarından biri də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır. O, sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gələcək.

Türkiyə KİV-ləri bu barədə məlumat yaysalar da, səfər barədə daha ətraflı bilgi verilmir.

Qeyd edək ki, Ərdoğan iyulun əvvəllərində Azərbaycana səfər etmişdi. Bu, Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra ilk xarici səfəri idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}