18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Netanyahu Bayramovla regional təhlükəsizliyi müzakirə edib
Tarix: 29-03-2023 22:37 | Bölmə: Gündəm
Netanyahu Bayramovla regional təhlükəsizliyi müzakirə edib

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibəti ilə xarici işlər naziri Ceyhun Bayramovu təbrik edib.

Reyting.az
-ın məlumatına görə, B. Netanyahu “Tvitter” səhifəsindəki paylaşımında qeyd edib ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, Azərbaycanın İsraildə səfirliyinin açılması və bu ölkədən İsrailə ilk səfirin təyin olunması münasibətilə onu təbrik edib.

Tərəflər ümumi regional təhlükəsizliyi və İranın regional sabitliyə yaratdığı təhlükəni müzakirə ediblər.

Baş nazir Netanyahu iki ölkənin yaxın münasibətlərini yüksək qiymətləndirib.

Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi potensialını da müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}