20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Azərsu” və "Meliorasiya və Su Təsərrüfatı" ASC ləğv edilib, yeni qurum yaradılıb - Təyinat
Tarix: 30-03-2023 15:21 | Bölmə: Gündəm
"Azərsu” və "Meliorasiya və Su Təsərrüfatı" ASC ləğv edilib, yeni qurum yaradılıb - Təyinat

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılıb.

Reyting.az
xəbər verir ki, bu barədə prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. 

Bununla belə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Prezidentin digər sərəncamı ilə "Meliorasiya və Su Təsərrüaftı" ASC-nin sədri Zaur Mikayılov yeni agentliyin sədri təyin edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər