10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib
Tarix: 02-04-2023 22:02 | Bölmə: Gündəm
ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə Baş Direktor Arun Venkataraman Azərbaycana səfərə gəlib.

Bu barədə ABŞ Səfirliyindən bildiriblər.

Məlumata görə, beynəlxalq ticarət sahəsində 20 ildən artiq təcrübəyə malik olan Venkataraman peşəkar fəaliyyəti zamanı özəl şirkətlərə, beynəlxalq təşkilatlara və ABŞ-in hökumətinə öz məsləhətlərini verib.

O, həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək. Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək.

Venkataraman energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək, ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər