20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradılıb - Fərman
Tarix: 08-04-2023 10:32 | Bölmə: Gündəm
Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradılıb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

2.1. 5.1-ci bəndin birinci cümləsindən “(yerli baş idarə, idarələr, şöbələr və bölmələr)” və “, habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri çıxarılsın;

2.2. 5.5-ci bəndin birinci cümləsində “bir birinci müavini və üç müavini” sözləri “müavinləri” sözü ilə əvəz edilsin;

2.3. 5.6.9-cu yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin;

2.4. 5.6.11-ci yarımbənddə “yerli baş idarə, idarə, şöbə və bölmələrin” sözləri “strukturuna daxil olan” sözləri ilə əvəz edilsin;

2.5. 5.7-ci bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisindən” sözləri çıxarılsın.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşılırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər