20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ və Latviya Ukraynada hərbçilərinin olduğunu təsdiqləyiblər
Tarix: 13-04-2023 01:14 | Bölmə: Gündəm
ABŞ və Latviya Ukraynada hərbçilərinin olduğunu təsdiqləyiblər

Amerika Birləşmiş Ştatları və Latviya nümayəndələri öz hərbi qulluqçularının Ukrayna ərazisində olduğunu təsdiqləyiblər. Amma onların hərbi əməliyyatlarda iştirak etmədiyini bildiriblər.

Reyting.az
-ın xəbərinə görə, Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News”a müsahibəsində deyib ki, ABŞ-ın Ukraynadakı səfirliyində “kiçik hərbi iştirakdan” söhbət gedir.

Kirbi diqqətə çatdırıb ki, səfirlikdə ABŞ-ın kiçik hərbi kontingenti var. Həmin kontingent Ukraynaya daxil olan və çıxan avadanlığa cavabdehlik daşıyır və Müdafiə Attaşesinin ofisi ilə yanaşı işləyir.

Onun sözlərinə görə, ABŞ ordusu “döyüş meydanında deyil”. Kirbi əlavə edib ki, prezident Baydenin Ukraynadakı ABŞ qoşunlarının müharibədə iştirak etməyəcəyi ilə bağlı qərarında heç bir dəyişiklik olmayıb.

“Delfi” nəşrinin məlumatında isə qeyd olunur ki, Latviya Müdafiə Nazirliyi yardımçı funksiyaları yerinə yetirmək üçün öz hərbçilərini Ukrayna ərazisinə göndərdiyini açıqlayıb. Söhbət Latviyanın Ukraynadakı səfirliyinin və yüklərin mühafizəsindən gedir. Onların da döyüş əməliyyatlarında iştirak etmədiyi bildirilir.

Onu da qeyd edək ki, bundan əvvəl, Ukraynada xarici hərbçilərin olması ilə bağlı məlumatlar Pentaqonun sosial şəbəkələrə sızmış məxfi sənədlərində əksini tapıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər