BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər
Tarix: 19-04-2023 13:00 | Bölmə: Gündəm
BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkiblər.

BQXK-nin Bakı ofisindən Reyting.az-a bildirilib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-dən bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}