07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezidentlər xiyabanı ziyarət ediblər
Tarix: 15-09-2018 15:21 | Bölmə: Gündəm
Prezidentlər xiyabanı ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçıları Ulu Öndərin məzarı önünə əklil qoyublar.

Prezidentlər Şəhidlər xiyabanını da ziyarət ediblər.

Reyting.az
xəbər verir ki, burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyublar.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}