20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna dəyişiklik edilib.
Tarix: 02-05-2023 13:48 | Bölmə: Gündəm
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna dəyişiklik edilib.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin iclasında müzakirə olunub.

Belə ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailəyə verilməsi mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur.

Həmin layihəyə əsasən uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar ailəyə verilmiş uşaqların müvəqqəti olduqları yer, yəni himayədar ailənin yaşadığı yer üzrə qeydiyyata alınması üçün əsas hesab edilir.

Buna uyğun olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda himayədar valideynə (himayədar ailəyə) verilmiş valideyn himayəsindən məhrum olmuş uşaqların həmin himayədar valideynin (himayədar ailənin) yaşayış yeri üzrə qeydiyyatının aparılması təklif olunur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər