20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb
Tarix: 03-05-2023 13:50 | Bölmə: Gündəm
Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb

Şuşa həmişə Azərbaycan şəhəri olub. Yalnız işğal dövründə 28 ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi.

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

“Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”, - konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan prezidenti qeyd edib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər