20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İlham Əliyev və Nikol Paşinyan Brüsseldə görüşəcək
Tarix: 08-05-2023 10:57 | Bölmə: Gündəm
İlham Əliyev və Nikol Paşinyan Brüsseldə görüşəcək

Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

 “Financial Times” xəbər verir ki, iki ölkə liderinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq.

Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd olunub ki, bu görüş mühüm irəliləyişə səbəb ola bilər: “Ermənsitanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində Vaşinqton və Brüsselin səyləri bir-birini tamamlayır”.

Bu, fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən danışıqlardan sonra və iki ölkənin xarici işlər nazirlərinin ötən həftə ABŞ-da baş tutan görüşündən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər