16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Ermənistanın hərbi texnikası və hərbçisi məhv edilib
Tarix: 12-05-2023 23:03 | Bölmə: Gündəm
Ermənistanın hərbi texnikası və hərbçisi məhv edilib

Basarkeçər rayonunun Zod istiqamətində erməni bölmələrinin kəşfiyyat və atəşə nəzarətini təmin edən Ermənistan silahlı qüvvələrinin komanda-qərargah maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Reyting.az
xəbər verir ki, həmin maşından Ermənistanın Azərbaycan Ordusuna qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilirmiş.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin digər bir cavab atəşi nəticəsində eyni istiqamədə Ermənistanın bir hərbçisi ölüb, digəri yaralanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər