18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
İlham Əliyev, Şarl Mişel və Paşinyan görüşüb - (Yenilənib) - Fotolar
Tarix: 14-05-2023 19:07 | Bölmə: Gündəm
İlham Əliyev, Şarl Mişel və Paşinyan görüşüb - (Yenilənib)

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.

Reyting.az
xəbər verir ki, görüş Avropa İttifaqının mənzil-qərargahında keçirilir.

***

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.

Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirəyə çıxarılıb. Eləcə də bugünlərdə Ermənistan tərəfi ilə keçiriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhədində - Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü təxribatlar haqqında məlumat verilib.

***

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}