Ermənistan Azərbaycanla bağlı növbəti dəfə yalan məlumat yayıb
Tarix: 17-05-2023 18:22 | Bölmə: Gündəm
Ermənistan Azərbaycanla bağlı növbəti dəfə yalan məlumat yayıb

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusu ilə bağlı növbəti dəfə yalan məlumat yayıb. Bildirilir ki, guya Azərbaycan Ordusu Ermənistanın mövqelərini atəşə tutub.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti surətdə təkzib edir:

“Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır".

Nazirlik bildirir ki, gündüz saatlarından həmin ərazidə qatı duman var və bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}