Əliyev, Putin və Paşinyan Moskvada görüşəcək - (Yenilənib)
Tarix: 19-05-2023 14:11 | Bölmə: Gündəm
Əliyev, Putin və Paşinyan Moskvada görüşəcək - (Yenilənib)

Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada üçtərəfli görüşü keçiriləcək.

Reyting.az
“Sputnik-Armenia”ya istinadla xəbər verir ki, bu barədə N. Paşinyan hökumətin iclasında bildirib.

Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini deyib.

Onun sözlərinə görə, görüş mayın 25-nə planlaşdırılınb.

Onu da qeyd edək ki, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqlar olacaq.

***

Kreml Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, görüş gələn həftə keçirilə bilər:

“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}