ABŞ Əliyev ilə Paşinyanın Moskva görüşünü dəstəkləyir
Tarix: 18-05-2023 23:33 | Bölmə: Gündəm
ABŞ Əliyev ilə Paşinyanın Moskva görüşünü dəstəkləyir

Amerika Birləşmiş Ştatları (ABŞ) harada keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.

V. Patel əlavə edib ki, tərəflər arasında birbaşa danışıqlar prinsipial olaraq vacibdir.

Dövlət Departamentinin nümayəndəsi diqqətə çatdırıb ki, Moskva da daxil olmaqla, harada keçirilməsindən asılı olmayaraq, ABŞ danışıqların aparılmasından məmnundur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}