Mehriban Əliyeva: "Əməyinizə, qələbə əzminizə görə çox sağ olun”
Tarix: 21-05-2023 23:13 | Bölmə: Gündəm
Mehriban Əliyeva: "Əməyinizə, qələbə əzminizə görə çox sağ olun”

Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva komandamızın Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olması münasibətilə paylaşım edib.

Reyting.az
xəbər verir ki, Mehriban xanım Əliyeva paylaşımında parlaq qələbə münasibətilə gimnastlarımıza təbriklərini çatdıraraq qeyd edib:

“Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”

Xatırladaq ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla hərəkətlərdə uğurla çıxış ediblər. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}