Prezident: "Ölkələrimizin payına böyük vəzifələr düşür"
Tarix: 22-05-2023 12:52 | Bölmə: Gündəm
Prezident: "Ölkələrimizin payına böyük vəzifələr düşür"

"Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir".

Reyting.az 
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı deyib.

"Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə qitələri birləşdirən Avrasiyada daha da rahat nəqliyyat, kommunikasiya imkanlarını yaratmaq üçün bizim ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyası reallıq bunu diqtə edir. Azərbaycan üzərindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq.

Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, birgə səylərlə biz bu birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq. Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcək", - dövlət başçısı bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}