20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İlham Əliyev: "Hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır"
Tarix: 22-05-2023 12:59 | Bölmə: Gündəm
İlham Əliyev: "Hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır"

"Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır".

Reyting.az
 xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.

"Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza sülh gətirəcək, uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi, 1 milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdü, ərazilərimizin təxminən 20 faizi işğal altında idi və işğal edilmiş ərazilərdə demək olar bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb", - dövlət başçısı qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər