Kərim Vəliyev nümayəndə heyəti ilə Pakistana gedib
Tarix: 23-05-2023 10:21 | Bölmə: Gündəm
Kərim Vəliyev nümayəndə heyəti ilə Pakistana gedib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, səfər çərçivəsində general-polkovnik K. Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}