14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ailəsi Ərdoğanın adına yeni Fond yaradıb
Tarix: 31-05-2023 13:18 | Bölmə: Gündəm
Ailəsi Ərdoğanın adına yeni Fond yaradıb

Türkiyə prezidenti Ərdoğanın adına yeni Vəqf (Fond) yaradılıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi Vəqflər Ümumi Müdirliyinin vəqfin qurulması ilə bağlı elanı Rəsmi Qəzetdə dərc olunub.

Məlumata görə, fondun təsisçiləri Ərdoğanın ailə üzvləridir:

"Rəcəb Tayyib Ərdoğan Vəqfi”nin qurucuları arasında övladları Bilal Ərdoğan, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar və Vedat Dəmiröz, Tevfik Göksu, Hüseyn Aydın, Ahmet Özel və Nuri Aksu da var.

Vəqfin məqsədləri arasında prezident Ərdoğanın şəxsi əşyalarının və səlahiyyət müddəti ərzində ona hədiyyə edilən əşyaların sərgilənəcəyi “Rəcəb Tayyib Ərdoğan Muzeyi”nin, “Rəcəb Tayyib Ərdoğan Kitabxanası”nın yaradılması da var".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}