20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Moldovada beştərəfli görüş keçirilib - (Yenilənib) - Fotolar
Tarix: 01-06-2023 19:56 | Bölmə: Gündəm
Moldovada beştərəfli görüş keçirilib - (Yenilənib)

Moldovada “Avropa siyasi birliyi”nin (APC) 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşü başlayıb.

Reyting.az-ın məlumatına görə, görüş Mimi qəsrində keçirilir.

***
İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.

Reyting.az
 xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar(Report).

***

Qeyd edək ki, beştərəfli qeyri-rəsmi görüş pozitiv müstəvidə keçib.

Qərara alınıb ki, 21 iyulda Brüsseldə üçtərəfli görüş keçirilsin, bu müddət ərzində isə XİN başçıların Vaşinqtonda növbəti görüşü təşkil olunsun. Vaşinqtonda əsas danışıqların sülh müqaviləsi ilə bağlı olacağı bildirilir.

Mişelin vasitəsilə aparılan bu danışıqlar isə daha çox koordinasiya xarakterli olub.

Onu da diqqətə çatdırırıq ki, Fransa və Almaniyanın görüşdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb. Əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılıb və bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olunub.






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər