Azərbaycan millisinin heyətində dəyişikliklər olub
Tarix: 08-09-2025 17:30 | Bölmə: İdman
Azərbaycan millisinin heyətində dəyişikliklər olub

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") əsas yığmaya cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda baş tutacaq.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib